Ana səhifə
Ana səhifə Haqqımızda Məhsullar Qiymətlər Referanslar Proqramı yüklə Əlaqə
2013 © Link&A
Designed by AyMaIT

"Venera" - Ümumi mühasibat - gözəl Venera - məhəbbət və gözəlltk tanrısı - mühasibat uçotunun ümumləşdirilmiş məlumatlarının aparılması, büdcə üçotu və planlama, qanunvericiliklə müəyyən edilmiş kitablar, jurnallar, cədvəllər, dövriyyə cədvəlləri, balans və digər mühasibat, vergi, sosial və statistik hesabatların alınması üçün nəzərdə tutulmuşdur. 


Modulun funksiyaları: 



Modul hesabatları: 

 Kitablar və jurnallar: 

Hesablar planı 

Mühasibat yazılışları

Analitik uçot kitabı

Analitik uçot kitabı (xətli-mövqeyli üsul)

Memorial-order 

Dövriyyə cədvəli (iki variantda)

Baş kitab (üç variantda) 

Kassa hesabatı

Debitor və kreditorların siyahısı

Tarix üzrə qruplaşdırılmış jurnallar

Analitik hesablar üzrə qruplaşdırılmış jurnallar 

Əməliyyatların qeydiyyatı jurnalı

Şaxmatlı jurnal

 

Hesablar planı - müəssisədə istifadə edilən işçi hesablar planının (sintetik hesablar və onların altında açılan analitik hesablar) çap edilməsini təmin edir.


Mühasibat yazılışları - hesabların müxabirləşməsi, ona aid izahatlar və məbləğləri göstərməklə mühasibat yazılışını çap edir. Həmin hesabat «İstifadəçi» tərəfindən həm ona sənəd əlavə etmək, həm də onların arxivinin aparılması üçün və s. istifadə oluna bilər.


Analitik uçot kitabı - müxabirləşən hesabları, dövriyyələri və qalıqları göstərməklə xronoloji qaydada verilən dövr ərzində seçilmiş analitik hesab üzrə əməliyyatların hərəkətini çap edir. Müvafiq seçimlər verilərək, gün ərzində yekunları, hər bir əməliyyatdan sonra yekunları, aylıq yekunları, aralıq yekunları, ilin əvvəlindən dövriyyə yekunları və s. almaq olar. 


Analitik uçot kitabı (xətli- mövqeyli uçot) - sənədlərin nömrələri üzrə ayrılıqda analitik uçotunun aparılması üçün nəzərdə tutulmuşdur. Hər bir partiya göndərilən mal və sifariş üzrə ayrılıqda malsatanlarla hesablaşmaların uçotu aparılarkən bu cür təlabat yaranır. Daha doğrusu bu kitabda hər bir sənəd üzrə daxil olan mallar, onun ödəniş xronologiyası və borç qalığı (yaxud artıq ödənişi ) əks olunur.


Memorial order – memorial-order və kitab-jurnal uçot formaları üzrə işləyən müəssələrdə istifadə olunur və təsərrüfat əməliyyatlarının seçilmiş qrupu üzrə memorial-order tərtib edir.


Dövriyyə cədvəli - bu hesabat verilən dövrə görə bütün hesablar üzrə və ya seçilmiş hesablar qrupu üzrə, yaxud da hər hansı bir hesab üzrə əvvələ qalığı, dövriyyəni və sona qalığı göstərir. Hesabat istifadəçinin iştəyi ilə həm baş kitabın (sintetik) hesabları, həm də bu hesablar üçün açılmış analitik hesablar üzrə, həm hesabat dövrünün əvvəlinə qalıqlarla, həm də onlarsız əldə edilə bilər. 


Baş kitab - təsərrüfat faliyyəti əməliyyatlarını onlrın tiplərindən asılı olaraq (memorial-order və kitab-jurnal uçot formalarında - memorial orderlər üzrə, jurnal-order uçot formasında isə jurnal-orderlər üzrə,) qruplaşdırır, sonradan onları ayrılıqda, dövriyyə yekunları və qalıqların, aylıq və aralıq yekunların alınması şərti ilə, baş kitabın sintetik hesablarına qeyd edir (paylayır). Üç növ müxtəlifliyi mövcuddur: jurnal-order, kitab-jurnal və memorial order formaları. 


Kassa hesabatı - seçilən dövr ərzində xəzinədarın hesabatını formalaşdırır. Növ müxtəlifliyi mövçuddur - hansılar ki, həm ilk sənəd kimi, həm də operativ idarə etmə və təhlil məqsədi üçün istifadə oluna bilərlər.


Debitor və kredıbarların açıqlanması - verilən tarix vəziyyətinə debitor və kreditorların siyashısının alınmasına imkan verir.


Tarix üzrə qruplaşdırılmış jurnallar - adətən pul vəsaitləri və maddi dəyərliləri uçota alınarkən istifadə olunur. Verilmiş dövr ərzində pul vəsaitlərinin (kassa, hesablaşma hesabı, materiallar, əmtəələr və s.) uçotu üçün nəzərdə tutulan hesablar üzrə jurnal-orderlərin alınması üçün nəzərdə tutulmuşdur. Hesabat həm seçilən dövrün günləri üzrə qruplaşdırılmış şəklində, həm də təsərrüfat əməliyyatlarının ayrılıqda açıqlanması şəklində alına bilər. 


Analitik hesablar üzrə qruplaşdırılımış jurnallar - məsrəflərin uçotu üçün nəzərdə tutulmuş hesablar və hesablaşmaların (malsatanlar, müxtəlif debitor və kreditorlar) üçotu üçün hesablar üzrə jurnal-orderlərin alınması üçün nəzərdə tutulmuşdur. Hesabat həm analitik hesablar üzrə qruplaşdırılmış şəkildə, həm də təsərrüfat əməliyyatlarının ayrılıqda açılqlanması şəklində alına bilər. 


Əməliyyatların qeydiyyat jurnalı - bütün təsərüfat əməliyyatlarının özünə görə bir jurnalda icmalından ibarətdir və istənilən şəkildə təsərrüfat əməliyyatlarını (yaxud bütün əməliyyatları), bütün mühasibat yazılışlarını, verilən dövr ərzində, müxtəlif valyutalarda və analitik hesablarda göstərilməsinə imkan verir. Əməlliyyatların qeydiyyat jurnalı, konkret anda lazım olan (maraq göstərilən) əməliyyatları seçməyə də imkan verir. 


Şahmat jurnalı - ayrılıqda muxabirləşən hesabların qruplaşdırılmış şəkildə dövrüyyəsini analiz (təhlil) etməyə imkan verir.

 

 

Muhasibat hesabatları 

Həmin qrup hesabatlar qanunvericilikdə nəzərdə tutulan və mühasibat xidməti işinin ümumi (yekun) məlumatlarından ibarət olan mühasibat hesabatlarını özündə birləşdirir :

 

Balans 

Mənfəət və zərərlər cədvəli . 

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat 

Kapitalın hərəkəti haqqında hesabat


Jurrnallar və kitablar qrupundan fərqli olaraq, bu qrup hesabatlar həmçinin aşağıdakı imkanlara malikdir: 

- Forma və filtrlərin verilməsi sistemi; 

- Çıxış formasının sazlanması və dizaynı; 

- Hesabatın məzmunun dəyişdirilməsi, ayrıca sətrlər əlavə edilməsi, yaxud da onların ləğv edilməsi imkanı,