Ana səhifə
Ana səhifə Haqqımızda Məhsullar Qiymətlər Referanslar Proqramı yüklə Əlaqə
2013 © Link&A
Designed by AyMaIT

“e-Satış” proqram təminatı – ticarət təşkilatının tabeçiliyində olan və ölkənin(lərin) müxtəlif regionlarında yerləşən satış məntəgələrindən (uzaqda yerləşən terminnalardan) satışların aparılmasını, onlara nəzarət edilməsini satışların icmallarının alınmasını, təhlilini və s. təmin edən proqram təminatidir.  

Proqram təminatı:

İstənilən sayda müxtəlif yerlərdə yerləşən satiş nöqtələrin (anbar, baza, mağaza və s.) açılmasını, onların xüsusiyyətlərin təyin edilməsini, onlara şifrə, kod və parol verilməsini, səlahiyyətlərinin təyin edillməsini;

Mallar üçün kartların açılmasını, onlara ölçü vahidi, qiymət və digər əlamətlərinin təyin edilməsini;

Müştərilər, malsatanlar və sair debitor-kreditorlar üçün şəxsi kartlarının açılmasını, onlarla hesablaşmalar uçotunun aparılmasını və s.;

Pul vəsaitlərin hərəkətlərinin üçotunun aparılmasını;

Satış, daxili yerdəyişmə, qaytarma və s. əməliyyatlarının aparılmasını, lazımlı sənədlərin (satış fakturası, qaimə, VHF və s.) tərtib edilməsini, pulu olmadan malın buraxilmaması nəzarətini və s.;

Mallar ilə bağlı (malların dövriyyə cədvəli, şəxsi kartı, satılan malların maya dəyəri haqqında, qalıqda olan malların maya dəyəri haqqında və s.) müştəri və malsatanlarla bağlı (dpvriyyə cədvəli, cari hesaı, və s.) və pul hərəkəti ilə bağlı hesabatların alınmasını (həm satış nöqtələri üzrə həm də icmal)

təmin edir.

Satış və digər mal hərəkətləri haqqında məlumatlar satış nöqtələri yerləşdiyi yerlərdən (uzaqda yerləşən terminallardan) daxil edilir və mərkəzdə cəmləşir .  Sistemin idarə edilməsi mərkəzdən həyata keçirilir.