Ana səhifə
Ana səhifə Haqqımızda Məhsullar Qiymətlər Referanslar Proqramı yüklə Əlaqə
2013 © Link&A
Designed by AyMaIT
v
M

Planet modulları ilə yanaşı, sistem müəssisələr, qüvvədə olan vergilər, banklar və sairə arayış məlumatlarına, həmçinin onlar üçün təyinatlara da malikdir. 

Bununla yanaşı, eyni zamanda sistemə aşağıda göstərilən modullar da qoşulmuşdur.

 

Administrator modulu sistemdə yeni müəssisənin açılması (belə ki, onları istənilən sayda açmaq olar), onun istifadəçinin tələbinə uyğun sazlanması, müəssisələr arasında məlumatların eyniləşdirilməsi və köçürülməsi, ayrı-ayrı istifadəçilər üçün (çox istifadəli sistemlərdə) sistemə girişin məhdudlaşdırılması, parol və şifrə verilməsi və s. üçün nəzərdə tutulmuşdur.

  «Günəş»-in tərkib hissəsi olan «Administrator» proqramm paketinin «Supervizer»-ni (Əməliyyat sistemini) idarə etmək üçün nəzərdə tutulmuşdur. «Admnistrator»-un vasitəsilə lisenziyanın təyin olunması, müəssisənin açılması, informasiyanın daxil edilməsi və istifadə olunması üçün qirişin (şifrənin) səviyyəsini təyin etmək, müəssisələr arasında məlumatların keçirilməsi və konsolidasiyası, "kölqə dosyesi" parametlərinin veriməsi, "kölqə dosyesi"ndən məlumatların qaytarılması və İstifadəçinin tələbi və şəraitinə uyğun diqər sazlamanı həyata keçirir.


İstifadəçinin tələbi və şəraitinə uyğun proqramın sazlanması bir neçə mərhələlərdən ibarətdir:


Proqramı istehsal edəndən lisenziya alınması. Əqər lisenziya alınmayıbsa, onda proqram Demo versiya olaraq işləyəcəkdir (lisenziya alınma qaydası satılmış paketlə birlikdə, göndərilən əlavədə göstərilmişdir); 

Yeni müəssisə yaratmaq, 

Hər bir konkret İstiafdəçi üçün məlumatlar qirişini məhdudlaşdırmaq məqsədilə şifr və kodlar verilməsi. Girişin məhdudlaşdırmağın köməyilə məlumatların ehtibarlı və lazım məxvi saxlanılması təmin edilir.



Proqramlar Paketi
GÜNƏŞ

Mühasibat uçotunun həyata keçirilməsi prosesi sintetik və analitik uçotun aparılması üzrə bölünür. Sintetik uçot analitik uçotun nəticələrinin yekunudur. Analitik uçot isə uçot obyektinin xüsusiyyəti və növündən asılı olaraq müxtəlifdir. 

Məsələn, fəhlə və qulluqçularla hesablaşmaların analitik uçotu, mal və materialların (miqdar - məbləğ uçotu) analitik uçotu, əsas vəsaitlərin və onların köhnəlməsinin analitik uçotu, hesablaşmaların analitik uçotu və s. mövcuddur. Bu uçotların hər bir növü bir - birindən əhəmiyyətli dərəcədə fərqlənir və əslində müxtəlif məzmunlu və təyinatlı uçot obyektinin uçota alınması üçün nəzərdə tutulmuşdur.

Belə ki, lahiyə (proyekt) müəlliflərinin ideyasına görə, Günəş sisteminin hər bir "planeti" mühasibat uçotunun konkret məsələlərinin həll olunması üçün nəzərdə tutulmuşdur. 

"Venera" - Ümumi mühasibat - gözəl Venera - məhəbbət və gözəlltk tanrısı - mühasibat uçotunun ümumləşdirilmiş məlumatlarının aparılması, büdcə üçotu və planlama, qanunvericiliklə müəyyən edilmiş kitablar, jurnallar, cədvəllər, dövriyyə cədvəlləri, balans və digər mühasibat, vergi, sosial və statistik hesabatların alınması üçün nəzərdə tutulmuşdur. 


M

"Merkuri" - Anbar uçotu - ticarət tanrısı - ehtiyatların miqdar-məbləğ (anbar) uçotu, fakturalama ilə sənədləşmənin aparılması və s. üçün nəzərdə tutulmuşdur. 

U

"Uran" - İstehsalat uçotu - hazır məhsulun istehsalı və buraxılması uçotunun aparılması, həmçinin onun maya dəyərinin kalkulasiya edilməsi (qiymətləndirilməsi) üçün nəzərdə tutulmuşdur. 


"Mars" - Əmək haqqı uçotu -  şəxsiyyətin hüquqlarının təşəkkül tapması simvolu, müharibə tanrısı - işçi heyəti ilə əmək haqqı ödənişi və sosial ödəmələr üzrə hesablaşmalar aparılması üçün nəzərdə tutulmuşdur. 

Y

"Yupiter" - Əsas vəsaitlərin uçotu - tanrıların hakimi, ildırım çaxan Yupiter - əsas vəsaitlərin uçotu, onların köhnəlməsinin hesablanması və yenidən qiymətləndirilməsinin aparılması üçün nəzərdə tutulmuşdur.

"Vesta" - Büdcə üçotu - (Veneranın peyki) büdcə uçotu modulu. Həm büdcə təşkilatlarında, həm də özfəaliyyətində xərclərini planlaşdıran müəssisələrdə istifadə edilir 

A

"Aypara" - ilkin sənədləşmənin istehsalının  avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur. Bu modul, bizim respublikada sahibkarlığın inkişaf etdirilməsinə kömək məqsədilə, ondan istifadə edənlər arasında pulsuz paylanır.