Anbar uçotu

"Merkuri" - miqdar-məbləğ (anbar) uçotu (xammal, material, əmtəə, hazır məhsul, az qiymətli və tez köhnələn əşyalar və s.), fakturalama, ilkin sənədləşmənin aparılması və s.-nin uçotunun həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. "Merkuri" sistemin operativ uçotunun özəyini təşkil edir və təchizatı, anbarı, satışı, mal alan və mal göndərənlərlə hesablaşmaları, ilkin sənədləşmənin aparılmasını, onların avtomatik olaraq "Venera"ya birləşməsini idarə etmək üçün tam alətlər dəstinə malikdir.
"Merkuri"də struktur bölmələri, anbarlar, istənilən dərəcədə mürəkkəb istehsal sexləri olan və istənilən çeşiddə mallar, materiallar və xidmət əməliyyatları aparan müəssisənin mal dövriyyəsini təşkil etmək üçün lazım olan məlumatlar vardır.
Əmtəə və xidmətlərlə əlaqədar aparılan bütün əməliyyatlar, onların ilkin seçim zamanı, müvafiq hesablarda əks olunur və mal göndərəndə, materialların sifarişi anından, hazır məhsulun satışına qədər olan dövrdə təhlil oluna bilər.
İstifadəçi buradan qalıqda olan malların maya dəyəri, satılmış məhsulların maya dəyəri, hər bir malın gəliri, ayrı-ayrı alıcılar üzrə satışın təhlili və s. hesabatları əldə edə bilər.

Modulun funksiyası:
• Ehtiyyat növlərinin ayrı-ayrılıqda miqdar-məbləğ uçotun aparılması
• Müxtəlif pul vahidləri (valyutalar) üzrə əməliyyatların aparılması
• Sənədlərin qarşılıqlı əlaqələrinin təmin edilməsi
• Müxtəlif ölçü vahidləri ilə anbar (əmtəə) uçotu
• Ehtiyyatların (maddi dəyərlərin) özəlliklərinin uçotu
• Yenidən fakturalarma (faktiki maya dəyəri qiymətilə ehtiyatların mədaxili)
• Daxili yerdəyişmələrin uçotu
• İnventarizasıyanın aparılması və nəticələri
• Müxtəlif silinmə metodlarından istifadə etmək
• Prays-listlərin hesablanması
• Əlavə əlamətlər
• Mühasibat yazılışların avtomatik yaradılması

Mədaxil
Anbar üzrə mədaxil orderinin yazılması üçün nəzərdə tutulmuşdur. Lazım gəldikdə istifadə olunur. Anbar üzrə mədaxil orderlərinin qrup halında fakturalanması imkanı nəzərdə tutulmuşdur. Həmin sənəd verilmiş inteqrasiya sxeminə (şablonuna) müvafiq olaraq «Venera"ya avtomatik inteqrasiya olunur.

Məxaric
Anbar üzrə mədaxil orderinin yazılması üçün nəzərdə tutulmuşdur. Lazım gəldikdə istifadə olunur. Anbar üzrə mədaxil orderlərinin qrup halında fakturalanması imkanı nəzərdə tutulmuşdur. Həmin sənəd verilmiş inteqrasiya sxeminə (şablonuna) müvafiq olaraq «Venera"ya avtomatik inteqrasiya olunur.

Daxili istifadə
Müəssisənin bölmələri və anbarları arasında əmtəə, mal-material dəyərlilərinin daxili yerdəyişməsinə qaimə yazılması üçün istifadə olunur. Həmin sənəd verilmiş inteqrasiya sxeminə (şablonuna) müvafiq olaraq «Venera"ya avtomatik inteqrasiya olunur.

Daxili yerdəyişmə
Müəssisənin bölmələri və anbarları arasında əmtəə, mal-material dəyərlilərinin daxili yerdəyişməsinə qaimə yazılması üçün istifadə olunur. Həmin sənəd verilmiş inteqrasiya sxeminə (şablonuna) müvafiq olaraq «Venera"ya avtomatik inteqrasiya olunur.

İnverntarizasiya nəticələrinin müqaisə cədvəli

Mal-material dəyərləri inverntarizasıya edilərkən müqaisə cədvəlini tərtib etmək üçün istifadə olunur. Həmin sənəd verilmiş inteqrasiya sxeminə (şablonuna) müvafiq olaraq «Venera"ya avtomatik inteqrasiya olunur.

Merkurinin hesabatları:
• Qalıqda olan malların maya dəyəri
• Çıxdaş ehtiyyatların maya dəyəri haqqında hesabat
• Ehtiyatların hərəkətlərinin dövriyyə cədvəli
• Ehtiyatın hərəkəti karti
• Müştərilərin (malsatanların) ehtiyyatlar üzrə cari hesabı
• Əməliyyat tiplərinə görə ehtiyyatların hərəkəti haqqında hesabat
• Hesablaşmaların qarşılıqlı üzləşmə akti
• Mal-material əməliyyatlarının qeydiyyatı kitabı
• Prays-list
• Anket
• Ehtiyyat hərəkətlərinin çoxməqsadli təhlili
• Ehtiyyat kartlarının çoxməqsadli təhlili


Qalıqda olan malların maya dəyəri - həmin hesabatda qrup malların seçim imkanları ilə bölmə və anbarlar üzrə əmtəə mal-material dəyərlilərinin qalıqları haqqında məlumatlar əks etdirilir. Hesabatda həmçinin malların maya dəyəri, malların alış qiymətilə, satış qiymətilə dəyəri, daxil edilimiş valuyutada, potensial gəlir və s göstərilir.

Ehtiyatların hərəkətinin dövriyyə cədvəli - bölmələr və anbarlar, seçilmiş mallar üzrə verilən qiymətlərdə, miqdar və məbləğ ifadəsində verilən dövr üzrə əvvəlinə qalıqlar, mədaxil, məxariç və sonuna qalıqlar göstərilir.

Çıxdaş ehtiyyatların maya dəyəri haqqında hesabat - Mallar, xidmətlər və onların qrupları üzrə əməliyyatların mənfəətlliyi haqqında məlumatı göstərən hesabat

Ehtiyatın anbar kartı - seçilən ehtiyat üçün verilən dövrün əvvəlinə qalıqı, dövr ərzində hərəkəti (mədaxil, məxaric) və dövr sonuna qalığı (miqdar və məbləğ ifadəsində) göstərilir.

Müştərilərin (malsatanların) ehtiyyatlar üzrə cari hesabı - müştəri və ya malsatanların cari hesabları onlara satılmış (onlardan alınmış) ehtiyatlar üzrə (kodu, adı, məbləği), faktiki ödənilən məbləğləri və qalığı,həmçinin digər məlumatlar əks etdirilir.

Mal-material əməliyyatlarının qeydiyyatı kitabı - seçilmiş valyutada və müvafiq vergilər əks etdirməklə, alınan, yaxud satılan malların ayrı-ayrılıqda hesab fakturalarını göstərən standart hesabatdır. Satılmış malların qeydiyyat kitabı üçün ödəniş, yaxud yüklənib göndərilən mallar üzrə alqoritm formalaşdırılması seçimi ola bilər.

 

REFERANSLAR

  • «ALXA» MMC
  • «AON AZƏRİ» SIĞORTA ŞİRKƏTİ
  • «ARTEL» BM
  • «ASELSAN-BAKU» MMC
  • «AZƏRBAYCAN QAZ EMALI ZAVODU»
  • «AZƏRİN» BM
  • «AZƏRİNKOM» İB
  • «AZƏRLAYIHƏ» İB
  • «AZƏRSU» BIRLIYI
  • «AZƏRQARANT SIĞORTA» ASC
  • «AZEVROSERVIS» MMC
  • «AZEVROTEL» BM
  • «AZNEFTGEOFIZIKA» İB
  • «AZTEL» BM
  • «AZTELEKOM» İB
  • «AZTURQAZ» BM
  • «AZVIRQOTEX» MMC
  • «BAKFEM» İB
  • «BAKI REKLAM BIRLIYI» ŞİRKƏTİ
  • «BAKI ELEKTRIK ŞƏBƏKƏSI» MMC
  • «BARMEK-AZƏRBAYCAN» MMC
  • «BAŞAK-İNAM» SIĞORTA ŞIRKƏTI
  • «BAYHOLDING INTERNATIONAL LIMITED» MMC
  • «BİLFA BOYA» MMC
  • «BORUSAN-MAKINA» MMC
  • «CATERING INTERNATIONAL» MMC
  • «DOJ GIDA» MMC
  • «EPRO» MMC
  • «EVLAX KƏRPİC» MMC
  • «EYSC» LIMITED NÜMAYƏNDƏLİYİ
  • «GƏNCLİK» MMC
  • «GİLAN GƏBƏLƏ KONSERV ZAVODU» MMC
  • «GÜNAY ANADOLU SIQORTA» SIĞORTA ŞIRKƏTI
  • «İDEAL» FIRMASI
  • «İPƏK YOLU» MMC
  • «İNDUSTRİL DEVELOPMENT LTD» MMC
  • «İNTELLİCENT PEYMENT&SERVİS SOLYUSENS» MMC
  • «İQTISADI İNKIŞAF NAZIRLIYI»
  • «LONDONQEYT» SIĞORTA ŞIRKƏTI
  • «MARS OVERSAYS» (PEPSİ-KOLA)
  • «MOBİL AZƏRBAYJAN» (ABŞ)
  • «NƏQLIYYAT NAZIRLIYI»
  • «PAŞA SIĞORTA» ŞIRKƏTI
  • «ŞAH-DƏNIZ» NÜMAYƏNDƏLİYİ
  • «STR» MMC
  • «SƏBAIL POÇTAMT»
  • «TURAN» AGENTLIYI
  • «UĞUR-97» FIRMASI
  • «ULTEL TELEKOM» MMC
  • «XƏTAYI POÇTAMTI»
  • «YOL İNŞAATÇISI» MMC
More...

Əlaqə: (+99412) 496 97 43, 496 93 75; Fax: 496 93 82