Ümumi mühasibat

"Venera" - mühasibat yazılışlarını vermək, sintetik və analitik uçotu aparmaq, ümumi mühasibat uçotu, büdcə üçotu və planlama, qanunvericiliklə müəyyən edilmiş kitablar, jurnallar, cədvəllər, dövriyyə cədvəli, balans və digər hesabat sənədləri və bəyannamələrini almaq üçün nəzərdə tutulmuşdur.
Venera, mühasibat yazılışları şəklində, digər modulların ümumiləşdirilmiş yekunlarını özündə sintez edir, lazımi (digər modulların məhsulu olmayan) mühasibat yazılışlarının verilməsinə, onların düzəliş verilməsinə, dəyişdirilməsinə, ləğv edilməsinə və s. imkan verir. Modul həm digər modullarla birgə, həm də ayrıca işləyir.

Modulun funksiyaları:
• Uçotun bir neçə standartlarının istifadə edilməsi.
• Çox valyutalı uçot
• Smeta xərcləri icrasının uçotu
• Xərclərin obyektləri üzrə uçot
• Xətli-mövqeyli uçot
• Əlavə əlamətlər
• Mühasibat yazılışlarının avtomatik daxil edilməsi
• Hesabların avtomatik bağlanılması
• «Storno» Mühasibat yazılışlarının verilməsi
• Mühasibat yazılışlarının düzgünlüyünü yoxlamaq

Modul hesabatları:
• Kitablar və jurnallar
• Təhlil
• Mühasibat hesabatları
• Sosial hesabatlar
• Statistik hesabatlar

Kitablar və jurnallar:
• Hesablar planı
• Mühasibat yazılışları
• Analitik uçot kitabı
• Analitik uçot kitabı (xətli-mövqeyli üsul)
• Memorial-order
• Dövriyyə cədvəli (iki variantda)
• Baş kitab (üç variantda)
• Kassa hesabatı
• Debitor və kreditorların siyahısı
• Tarix üzrə qruplaşdırılmış jurnallar
• Analitik hesablar üzrə qruplaşdırılmış jurnallar
• Əməliyyatların qeydiyyatı jurnalı
• Şaxmatlı jurnal

Hesablar planı - müəssisədə istifadə edilən işçi hesablar planının (sintetik hesablar və onların altında aşılan analitik hesablar) çap edilməsini təmin edir.
Mühasibat yazılışları - hesabların müxabirləşməsi, ona aid izahatlar və məbləğləri göstərməklə mühasibat yazılışını çap edir. Həmin hesabat «İstifadəçi» tərəfindən həm ona sənəd əlavə etmək, həm də onların arxivinin aparılması üçün və s. istifadə oluna bilər.
Analitik uçot kitabı - müxabirləşən hesabları, dövriyyələri və qalıqları göstərməklə xronoloji qaydada verilən dövr ərzində seçilmiş analitik hesab üzrə əməliyyatların hərəkətini çap edir. Müvafiq seçimlər verilərək, gün ərzində yekunları, hər bir əməliyyatdan sonra yekunları, aylıq yekunları, aralıq yekunları, ilin əvvəlindən dövriyyə yekunları və s. almaq olar.
Analitik uçot kitabı (xətli- mövqeyli qayda) - sənədlərin nömrələri üzrə ayrılıqda analitik uçotunun aparılması üçün nəzərdə tutulmuşdur. Hər bir partiya göndərilən mal və sifariş üzrə ayrılıqda malsatanlarla hesablaşmaların uçotu aparılarkən bu cür təlabat yaranır. Daha doğrusu bu kitabda hər bir sənəd üzrə daxil olan mallar, onun ödəniş xronologiyası və borç qalığı (yaxud artıq ödənişi ) əks olunur.
Memorial order - memorila order və kitab-jurnal uçot formaları üzrə işləyən müəssələrdə istifadə olunur və təsərrüfat əməliyyatlarının seçilmiş qrupu üzrə memorial order tərtib edir.
Dövriyyə cədvəli - bu hesabat verilən dövrə görə bütün hesablar üzrə və ya seçilmiş hesablar qrupu üzrə, yaxud da hər hansı bir hesab üzrə əvvələ qalığı, dövriyyəni və sona qalığı göstərir. Hesabat istifadəçinin iştəyi ilə həm baş kitabın (sintetik) hesabları, həm də bu hesablar üçün açılmış analitik hesablar üzrə, həm hesabat dövrünün əvvəlinə qalıqlarla, həm də onlarsız əldə edilə bilər.
Baş kitab - təsərrüfat faliyyəti əməliyyatlarını onlrın tiplərindən asılı olaraq (memorial-order və kitab-jurnal uçot formalarında - memorial orderlər üzrə, jurnal-order uçot formasında isə jurnal-orderlər üzrə,) qruplaşdırır, sonradan onları ayrılıqda, dövriyyə yekunları və qalıqların, aylıq və aralıq yekunların alınması şərti ilə, baş kitabın sintetik hesablarına qeyd edir (paylayır). Üç növ müxtəlifliyi mövcuddur: jurnal-order, kitab-jurnal və memorial order formaları.
Kassa hesabatı - seçilən dövr ərzində xəzinədarın hesabatını formalaşdırır. Növ müxtəlifliyi mövçuddur - hansılar ki, həm ilk sənəd kimi, həm də operativ idarə etmə və təhlil məqsədi üçün istifadə oluna bilərlər.
Debitor və kredıbarların açıqlanması - verilən tarix vəziyyətinə debitor və kreditorların siyashısının alınmasına imkan verir.
Tarix üzrə qruplaşdırılmış jurnallar - adətən pul vəsaitləri və maddi dəyərliləri uçota alınarkən istifadə olunur. Verilmiş dövr ərzində pul vəsaitlərinin (kassa, hesablaşma hesabı, materiallar, əmtəələr və s.) uçotu üçün nəzərdə tutulan hesablar üzrə jurnal-orderlərin alınması üçün nəzərdə tutulmuşdur. Hesabat həm seçilən dövrün günləri üzrə qruplaşdırılmış şəklində, həm də təsərrüfat əməliyyatlarının ayrılıqda açıqlanması şəklində alına bilər.
Analitik hesablar üzrə qruplaşdırılımış juruallar - məsrəflərin uçotu üçün nəzərdə tutulmuş hesablar və hesablaşmaların (malsatanlar, müxtəlif debitor və kreditorlar) üçotu üçün hesablar üzrə jurnal-orderlərin alınması üçün nəzərdə tutulmuşdur. Hesabat həm analitik hesablar üzrə qruplaşdırılmış şəkildə, həm də təsərrüfat əməliyyatlarının ayrılıqda açılqlanması şəklində alına bilər.
Əməliyyatların qeydiyyat jurnalı - bütün təsərüfat əməliyyatlarının özünə görə bir jurnalda icmalından ibarətdir və istənilən şəkildə təsərrüfat əməliyyatlarını (yaxud bütün əməliyyatları), bütün mühasibat yazılışlarını, verilən dövr ərzində, müxtəlif valyutalarda və analitik hesablarda göstərilməsinə imkan verir. Əməlliyyatların qeydiyyat jurnalı, konkret anda lazım olan (maraq göstərilən) əməliyyatları seçməyə də imkan verir.
Şahmat jurnalı - ayrılıqda muxabirləşən hesabların qruplaşdırılmış şəkildə dövrüyyəsini analiz (təhlil) etməyə imkan verir.

Təhlil
Təhlil - özünə məxsus çıxış formaların konfiquratorudur. Veneranın baza məlumatlarından və verilən filtrələrdən istifadə etməklə lazım olan hesabatların alınması təmin edilir.

Muhasibat hesabatları
Həmin qrup hesabatlar qanunvericilikdə nəzərdə tutulan və mühasibat xidməti işinin ümumi (yekun) məlumatlarından ibarət olan mühasibat hesabatlarını özündə birləşdirir :

• Balans
• Mənfəət vəzərərlər cədvəli .
• Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
• Kapitalın hərəkəti haqqında hesabat

Jurrnallar və kitablar qrupundan fərqli olaraq, bu qrup hesabatlar həmçinin aşağıdakı imkanlara malikdir:
- Forma və filtrlərin verilməsi sistemi;
- Çıxış formasının sazlanması və dizaynı;
- Hesabatın məzmunun dəyişdirilməsi, ayrıca sətrlər əlavə edilməsi, yaxud da onların ləğv edilməsi imkanı,
- Özünün şəxsi lüğətinin yaradılması

Sosial hesabatlar
• Pensiya fondu hesabatı
• İşçilər barədə ayrılıqda hesabat
Hesabatlar siyahısı istifadəçi tərəfindən tamamlana bilər.

Bu hesabatlar qrupu həmçinin aşağıdakı imkanlara malikdir:
- Forma və filtrlərin verilməsi sistemi;
- Çıxış formasının sazlanması və dizaynı;
- Hesabatın məzmunun dəyişdirilməsi, ayrıca sətrlər əlavə edilməsi, yaxud da onların ləğv edilməsi imkanı,
- Özünün şəxsi lüğətinin yaradılması

Statistik hesabat
• Məsrəflərin tərkibi haqqında hesabat
• Əmək üzrə hesabat
• Kapital qoyuluşu üzrə hesabat
• Xarici investorlar haqqında hesabat
Hesabatlar siyahısı istiafdəçi tərəfindən tamamlana bilər.

Bu hesabatlar qrupu həmçinin aşağıdakı imkanlara malikdir:
- Forma və filtrlərin verilməsi sistemi;
- Çıxış formasının sazlanması və dizaynı;
- Hesabatın məzmunun dəyişdirilməsi, ayrıca sətrlər əlavə edilməsi, yaxud da onların ləğv edilməsi imkanı,
- Özünün şəxsi lüğətinin yaradılması .

 

REFERANSLAR

  • «ALXA» MMC
  • «AON AZƏRİ» SIĞORTA ŞİRKƏTİ
  • «ARTEL» BM
  • «ASELSAN-BAKU» MMC
  • «AZƏRBAYCAN QAZ EMALI ZAVODU»
  • «AZƏRİN» BM
  • «AZƏRİNKOM» İB
  • «AZƏRLAYIHƏ» İB
  • «AZƏRSU» BIRLIYI
  • «AZƏRQARANT SIĞORTA» ASC
  • «AZEVROSERVIS» MMC
  • «AZEVROTEL» BM
  • «AZNEFTGEOFIZIKA» İB
  • «AZTEL» BM
  • «AZTELEKOM» İB
  • «AZTURQAZ» BM
  • «AZVIRQOTEX» MMC
  • «BAKFEM» İB
  • «BAKI REKLAM BIRLIYI» ŞİRKƏTİ
  • «BAKI ELEKTRIK ŞƏBƏKƏSI» MMC
  • «BARMEK-AZƏRBAYCAN» MMC
  • «BAŞAK-İNAM» SIĞORTA ŞIRKƏTI
  • «BAYHOLDING INTERNATIONAL LIMITED» MMC
  • «BİLFA BOYA» MMC
  • «BORUSAN-MAKINA» MMC
  • «CATERING INTERNATIONAL» MMC
  • «DOJ GIDA» MMC
  • «EPRO» MMC
  • «EVLAX KƏRPİC» MMC
  • «EYSC» LIMITED NÜMAYƏNDƏLİYİ
  • «GƏNCLİK» MMC
  • «GİLAN GƏBƏLƏ KONSERV ZAVODU» MMC
  • «GÜNAY ANADOLU SIQORTA» SIĞORTA ŞIRKƏTI
  • «İDEAL» FIRMASI
  • «İPƏK YOLU» MMC
  • «İNDUSTRİL DEVELOPMENT LTD» MMC
  • «İNTELLİCENT PEYMENT&SERVİS SOLYUSENS» MMC
  • «İQTISADI İNKIŞAF NAZIRLIYI»
  • «LONDONQEYT» SIĞORTA ŞIRKƏTI
  • «MARS OVERSAYS» (PEPSİ-KOLA)
  • «MOBİL AZƏRBAYJAN» (ABŞ)
  • «NƏQLIYYAT NAZIRLIYI»
  • «PAŞA SIĞORTA» ŞIRKƏTI
  • «ŞAH-DƏNIZ» NÜMAYƏNDƏLİYİ
  • «STR» MMC
  • «SƏBAIL POÇTAMT»
  • «TURAN» AGENTLIYI
  • «UĞUR-97» FIRMASI
  • «ULTEL TELEKOM» MMC
  • «XƏTAYI POÇTAMTI»
  • «YOL İNŞAATÇISI» MMC
More...

Əlaqə: (+99412) 496 97 43, 496 93 75; Fax: 496 93 82